Bircə ovuc qoz şəkərli diabet xəstələrinin ürəktutma və ya insult riskini xeyli azalda bilir. Bu, vacib kəşfdir. Çünki metobolik pozuntulardan əziyyət çəkən şəxslərin ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri aparıcı yer tutur.
Medpress.az “MedDeyli” saytına istinadla xəbər verir ki, gündə 7 qoz və ya 24 badam yeyən diabetiklər cəmi bir həftədən sonra özlərini xeyli yaxşı hiss ediblər. Bu halda ürək-damar xəstəliklərindən ölüm və ya bu xəstəliklərin kəskinləşməsi riski müvafiq surətdə 34 faiz və 17 faiz azalıb. Diabet aşkar edilənə qədər mütəmadi olaraq qoz yeyən adamların ürək-damar xəstəlikləri üzündən vaxtsız ölüm halları 25-27 faiz azalıb.
Bu halda işemiya xəstəliyinin kəskinləşməsi riski 11-15 faiz azalır. Bütövlükdə qoz və badam yeyən xəstələrin qanında şəkərin səviyyəsi, qan təzyiqi göstəriciləri və damarların divarlarının işi xeyli yaxşılaşıb.