Baş ağrısının mümkün səbəbləri uzun bir siyahı ola bilər. Yuxusuzluq, yorğunluq, maqnezium çatışmazlığı, maye itkisi sözügedən siyahının çox kiçik bir hissəsini təşkil edir. Gündəlik həyatda bəzən baş ağrısı ilə mübarizə aparmaq məcburiyyətində qalan insanlar çox vaxt yanlarında ağrı kəsici dərman gəzdirməyi üstün tuturlar. Bəs, tibbi dərmanlardan əlavə baş ağrısının kəsməsinə təsir edən bitkilər olduğunu da bilirsiniz?
Medpress.az xarici mediaya istinadən bildirir ki, üstəlik, bunlardan çoxu evinizdə daim olan məhsullar arasında yer alır. O zaman bir daha baş ağrısından əziyyət çəkməyə başladıqda bir də bu üsullardan birini təcrübədən keçirin! Bəlkə də, axtardığınız çarə çox yaxınınızdadır.
Nanə yağı
Özünüzü nə qədər pis hiss etsəniz edin, çox zaman nanə yağının o kəskin qoxusu sizi canlandırmağa kifayətdir. İylədiyiniz andan etibarən bədəninizə bir hərəkətlilik gəlir və qəlbinizdə bir xəbərdar etmə hiss edirsiniz. Nanə yağı yalnız sizi canlandırıb özünüzə gətirməklə də qalmaz. Xüsusilə təzyiq mənbəli baş ağrıları üçün təsirli bir vasitə olaraq istifadə edilə bilər. Bir neçə damcı nanə yağını gicgahınıza, başınıza sürtün və təsirini görün.
Spirt qarışıq yağ
Nanə yağı kimi spirt qarışıq yağ da təbiətin şəfalı yağlarından biri kimi tanınır. Ən mühüm xüsusiyyəti isə baş ağrılarına qarşı başladığı amansız mübarizədən ibarətdir. Xüsusilə əgər miqren kimi bütün gündəlik həyatınıza təsir edən bir probleminiz varsa, ağrıya qarşı spirt qarışıq yağ silahınızı istifadə etməyi təcrübədən keçirə bilərsiniz.
Zəncəfil kökü
Bu şəfa mənbəyi gözəl ədviyyat mətbəxdə yemək hazırlamaq təcrübələrinizi zənginləşdirməklə qalmaz. Miqren və onu müşayiət edən mədə bulanmasına da yaxşı təsir edir. Zəncəfili çay kimi içməkdən əlavə, buxarını içinizə çəkə, ya da isti su ilə qarışdırıb, alnınıza sürtə bilərsiniz. Necə bir fərq yaratdığını görəcəksiniz.
Alma sirkəsi
Alma sirkəsinin bacara bilməyəcəyi bir iş varmı? Dəriyə qulluqdan ev təmizliyinə qədər bir çox sahədə nüfuza malik olan sirkənin təxmin edəcəyiniz kimi baş ağrınızı müalicə etmək üçün də istifadə edə bilərsiniz. Alma sirkəsini istəyir buxar kimi içinizə çəkərək anında rahatlana bilər, istəsəniz də bir qaşıq sirkə, bir qaşıq bal və təxminən bir stəkan su ilə qarışdıraraq hazırladığınız qarışığı gündə bir və ya iki dəfə içə bilərsiniz.
Qırmızı istiot
Etiraf edirik ki, bu variant ilk anda insana qəribə görünə bilər, amma əgər baş ağrısı üzündən nə edəcəyinizi bilmirsinizsə, hesab edirik ki, bir dəfə sınamağa dəyər. Qırmızı istiotun tərkibindəki kapsaisin maddəsinin baş ağrısı üçün rahatladıcı bir təsir göstərdiyi güman edilir. Təbii müalicə olacaq deyə qətiyyən qırmızı istiotu yeməyə çalışmayın. İstiotun qoxusunu içinizə çəkməyiniz ağrınızın yüngülləşməsi və ya keçməsi üçün kifayətdir.