Xalq arasında “donuz qripi” adlanan A H1N1 qripi Gürcüstanda artıq 13 nəfərin ölümünə səbəb olub.
Medpress.az Gürcüstan mediasınaistinadən bildirir ki, bu ölkədə 162 nəfərin H1N1 virusuna yoluxduğu təsdiqlənib.
Gürcüstanın səhiyyə naziri David Sergeenkonun verdiyi xəbərə görə, H1N1 virusuna yoluxma şübhəsi ilə 640 xəstə xəstəxanalara yerləşdirlib, onların 39-u reanimasiya şöbəsindədir.
Qrip xəstəliyi ilə bağlı Gürcüstanın Səhiyyə Nazirliyi ölkənin təhsil müəssisələrində dərslərin əvvəlcədən planlaşdırıldığı kimi yanvarın 14-də yox, 18-də bərpa edilməsinə qərar verib.