Yağlı saçlara qarşı sadə vasitələr

Saçların yağlanmasını sadə üsullarla aradan qaldırmaq olar. Saçların tez yağlanması çox vaxt problem yaradır, lakin əslində yağlanma saçlarda deyil, baş dərisində baş verir.

 

Medpress.az AZƏRTAC-a istinadla bildirir ki, bu haqda 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova məlumat verib: “Bu, tük folekulları ilə yanaşı yerləşən piy vəzləri tərəfindən piyin artıq dərəcədə ifraz olunması nəticəsində yaranır. Düzgün qulluqla saçları sağlam, elastik və gözəl etmək olar”.

 

Həkim-dermatoloq sadə üsullarla yağlanmanı aradan qaldırmağın mümkün olduğunu söyləyib: “3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su tökülərək minalanmış qabda ağzı bağlı vəziyyətdə 15 dəqiqə qaynadılır, soyudulur və süzülür, dəmləmə səliqə ilə baş dərisinə sürtülür, 20-30 dəqiqədən sonra yuyulur.

 

1 xörək qaşığı xardalı 1 litr ilıq suda qarışdırandan sonra saçlar qarışıqla bir neçə dəfə isladılır, sonra yuyulur və yaxalanır. Lakin bunu dərinin xardala qarşı reaksiyası olmadığı halda etmək lazımdır”.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir