Şirin içkilərdən tez-tez istifadə xroniki böyrək xəstəliklərinin inkişafı riskini artırır. Bu qənaətə “Johns Hopkins Bloomberg School of Public Health”ın alimləri gəliblər.
Medpress.az xarici mediaya istinadla bildirir ki, araşdırmada 3003 nəfər iştirak edib. Onlar tez-tez hansı içkilərdən istifadə etdikləri ilə bağlı sorğunu doldurublar. Könüllülərin sağlamlıq vəziyyəti 9 il ərzində izlənilib. Bu müddətdə 185 iştirakçıda (6 faiz) xroniki böyrək çatışmazlığı inkişaf edib.
Məlum olub ki, qazlı və meyvə şirnisi qatılan içkiləri tez-tez istifadə edənlərdə bu xəstəliyə meyillilik xeyli yüksəlib. Belə ki, bu içkiləri qalanlardan çox istifadə edən iştirakçıların üçdə birində xroniki böyrək xəstəliyi ehtimalı 61 faiz artıb.