Süd vəzisi xərçəngi üçün yazılan populyar letrozol dərmanı beynin fəaliyyətinə və yaddaşa təsir edir. Təkcə ötən il Böyük Britaniyada bu dərmanın qəbulu üçün 755 mindən çox resept yazılıb.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bundan əvvəl qeyd edilib ki, letrozolun qəbulu qabarma və yorğunluq hissi yaradır. Lakin Toronto Universitetinin yeni araşdırmasında göstərilir ki, ağırlaşma daha ciddi ola bilər.
Meymunlar üzərində təcrübə müəyyən edib ki, letrozolun qəbulundan artıq 4 həftə sonra dərman baş beyin hüceyrələrinin funksiyasına mənfi təsir göstərir. Mənfi effekt primatlarla yaddaşın testi yerinə yetiriləndə də aşkar edilib.
Letrozol adətən əməliyyatdan, yaxud kimya terapiyasından sonra xərçəngin qayıtması və ya yayılmasının qarşısını almaq üçün təyin olunur. Dərman depressiya, unutqanlıq və yuxusuzluq yarada bilər.
Eksperimentə cəlb edilən meymunlarda 5-7 faiz səksəkə və əmək qabiliyyətinin azalması da müşahidə olunub.
Bu arada alimlər gələcək tədqiqatların aparılmasının vacibliyini nəzərə alaraq söyləyirlər ki, letrozol süd vəzi xərçəngi olan xəstələr arasında sağalma imkanını artırır.