Ağızda əməmlə gələn aft yaraları (tibbdə AFT deyilən ağız içi yaraları ağız içərisində sıxlıqla yanaq və dodaq bölgəsində, yumşaq damaqda, dil üzərində, diş əti üzərində görülən solğun sarı-qırmızı və olduqca ağrılı xoralaşmış yaralardır) insana olduqca narahatlıq verən yaralardır. Aft yaraları yemək yeyərkən və ya isti bir şey içərkən xüsusilə incidir.
Medpress.az xarici mediaya istinadən bu kimi hallarla qarşı-qarşıya qalmamaq üçün aft yaralarını 1 saat içərisində sağaldan üsulu təqdim edir.
Ağız içində yaranan aftlar üçün qarqara edə biləcəyiniz bir qarışıq hazırlamalısınız. Bunun üçün sumaq istifadə edə və beləliklə “aft yaranmasına nə yaxşı təsir göstərir” sualının cavabını da tapa bilərsiniz.
Sumaq
Etməniz lazım olan tək şey sumaqla hazırlayacağınız qaynanmış suyu qarqara etmək olacaq.
Aft yarasından 1 saat içərisində qurtulmağın üsulu
Məhsullar:
1 yemək qaşığı sumaq
1 stəkan su
Hazırlanma və istifadə qaydası:
Bir stəkan suya bir qaşıq sumaq töküb qaynadın. Sonra qarqara edin. Beləliklə, həm dişlərinizə, həm də ağzınızdakı aft yaralarına faydalı olan bir qarışıq əldə etmiş olacaqsınız.
Qeyd: Alternativ təbabət üsulunu tətbiq etmədən əvvəl hər hansı bir əks təsir və allergiyaya qarşı həkiminizlə məsləhətləşin.