Dekabrın 21-də Azərbaycan Tibb Universitetində ( ATU) “Yenidoğulma dövrünün aktual problemləri” mövzusunda simpozium keçirilib.
Medpress.az xəbər verir ki, universitetin elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov simpoziumun neonatologiyanın aktual problemlərindən olan yenidoğulmaya həsr olunduğunu, tədbirin gənc pediatrların biliklərinin artırılmasına kömək edəcəyini söyləyib.
Tibb Universitetinin professoru Səfixan Həsənov “Perinatal asfiksiya. Yenidoğulmuşların poliorqan çatışmazlığı” mövzusunda məruzə ilə çıxış edib. O, təbabətdə yüz ildən artıq müddətdə öyrənilən asfiksiyanın perinatal və diaqnostik qiymətləndirilməsi, neonatal təcrübədə onun yüksək faiz təşkil etdiyi barədə danışıb. Qeyd olunub ki, hər 5 milyon uşağın 19 faizi asfiksiya ilə üzləşir. Ona görə də xəstəlik bu sahədə həkim və pediatrlardan çox böyük diqqət, bilik və müasir yanaşma tələb edir.
Türkiyənin Sanko Universitetinin dosenti Yusif Ünal Sarıkabadayı yenidoğulmuşlarda sepsis və meningit infeksiyaları, onların etiologiyası və patogenezi, persistar pulminar hipertenziya, Sağlıq Bilimləri Universitetinin dosenti Fuad Əmrə Canpolad yenidoğulmuşlarda hipoksik işemik ensefalopatiya, hipotermiya və mexaniki ventilyasiya mövzusunda interaktiv məruzə ilə çıxış ediblər.
Simpoziumda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.