Sizi valideyn edən intim əlaqə nə qədər davam edir? – ARAŞDIRMA

Ərlə-arvadı valideyn edən seks orta hesabla 2 dəqiqə və 15 saniyə davam edir. Bunu ChannelMum.com-un apardığı sorğunun nəticələri göstərir.

 

Medpress.az xarici mediaya istinadla xəbər verir ki, valideynlərin xroniki vaxt çatışmazlığı onların intim həyatında da özünü göstərir. Məlum olub ki, 12 cütlükdən hər biri sevişmək üçün bir dəqiqədən az sərf edir. Rəyi soruşulanların 26 faizi etiraf edib ki, vaxta qənaət etmək naminə onlar hətta soyunmurlar, 27 faiz prosesi sürətləndirmək üçün seks-oyuncaqlardan istifadə edir.

 

Ana və ataların 71 faizi deyib ki, “erkən” seks onlardan ötrü uşaq doğulandan sonra ehtirası saxlamaq imkanıdır. Valideynlərin ¾-nün seks üçün az vaxtları olmasına baxmayaraq, ataların demək olar yarısı (47 faizi) iddia edir ki, onların seksual həyatı heç vaxt olmamış kimi daha yaxşıdır. Bununla belə, anaların yalnız 29 faizi bu açıqlama ilə razılaşıb. 

 

Ümumilikdə tədqiqata 1776 valideyn cəlb edilib və məlum olub ki, kişilər və qadınlar arasında əsl uçurum var. Hər səkkiz atadan biri özünün ikinci yarısı ilə intim şəkillərini göndərir. Daha 35 faiz öz arvadından “nyu” üslubunda şəkil tələb edir.

 

Halbuki qadınların əksəriyyəti “çılpaq” foto deyil, ərini şam yeməyi hazırlayan vəziyyətdə görmək arzusu ilə yanır. Anaların daha 50 faizi arzulayır ki, onların tərəfdaşları yuxudan əvvəl onların kürəyini masaj etsin. 46 faiz qeyd edir ki, əhval-ruhiyyəsini qaldırmaq üçün onlar, sadəcə yataqda ağnamaq istərdilər.

 

Valideynlərin 42 faizi etiraf edib ki, tez intim əlaqə üçüm ən populyar yer uşaqların oynadığı otaqdır (əlbəttə, uşaqlar yatmağa gedəndən sonra), rəyi soruşulanların ¼-ü duş altında ehtirasa gəlməyə üstünlük verir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir