Reproduktiv sağlamlığa həsr olunan konfrans keçirilib

Azərbaycan Tibb Assosiasiyasının (ATA) Pediatriya və Ginekologiya dərnəklərinin, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Reproduktiv Sağlamlıq: Tibbi və Psixoloji Aspektlər” mövzusunda birinci milli konfrans keçirilib.

 

Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, konfransın keçirilməsində məqsəd problemlərə multidisiplinar yanaşmanı təşviq etməkdir. Tədbirdə ginekoloji, psixoloji, pediatrik mövzularda 12 məruzə dinlənilib. ATA Pediatriya Dərnəyinin koordinatoru, dosent Nigar Sədiyeva, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin psixoloji məsləhətçisi, cinsi münasibətlər üzrə terapevti Maarif Məmmədov, ATA Ginekologiya Dərnəyinin koordinatoru, tibb üzrə fəlsəfə doktoru Turab Canbaxışov və başqaları cinsi sağlamlıq, ailə münasibətləri, uşaqlara və yeniyetmələrə düzgün yanaşma ilə əlaqəli mövzularda məruzələrlə çıxış ediblər.

 

Konfransda iştirak edən həkimlərə Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının təsdiqlədiyi davamlı tibbi təhsil üzrə kredit saatları olan sertifikatlar verilib.

 

Konfrans bədii hissə ilə davam etdirilib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir