Yeddi aylıq siam əkizləri Cezi və Pemi Pitre ilk Yeni il bayramını qarşılamağa hazırlaşır. Medpress.az xarici mediaya istinadla bildirir ki, bacılar 7 əməliyyat keçiriblər. İyul ayında cərrahi müdaxilə sayəsində onları, nəhayət bir-birindən ayırmaq mümkün olub. Cezi və Peminin ortaq qaraciyəri və bağırsaqları olub.
Valideynlər qızlarına tam həyat verən cərrahlar komandasının böyük professionallığını qeyd edirlər. Cezi və Peminin siam əkizləri olduğunu valideynləri USM (Ultra Səs Müayinəsi) müayinəsi zamanı öyrəniblər. Körpələrin atası Andre Pitre etiraf edir ki, əvvəlcə şok keçirib: “Etiraf edirəm ki, mən çox mömin adamam, ona görə hər şeyin yaxşı olacağına heç bir şübhəm yox idi”.
Uğurlu əməliyyata baxmayaraq, uşaqların hələ xüsusi qayğıya ehtiyacları var. Çünki Cezinin ağ ciyəri balaca olduğundan fasiləsiz respirator dəstəyi lazımdır. Bacılara eyni zamanda qida üçün xüsusi çubuq lazımdır. Bundan əlavə, körpələrə boyun əyriliyi diaqnozu da qoyulub.
Cezi və Peminin daha bir qarın boşluğu əməliyyatına da ehtiyacları var.