Qoltuq altınız sağlamlığınız haqqında nə deyir?

Qoltuq altınızın ümumi sağlamlığınız haqqında bir çox əlamət verdiyini və bu əlamətlərin müxtəlif ciddi xəstəliklərə işarə etdiyini bilirdinizmi? Qoltuq altınızın sağlamlığınız haqqında söylədikləri nələrdir?

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, qoltuq altı bölgəsi qulluq və təmizliyinə diqqət edilməsi lazım olan orqanizmimizin vacib regionlarından biridir. Qoltuq altı bölgəsində yerləşən tər vəziləri sayı səbəbilə müxtəlif qoxuların yaranmasına səbəb ola bilər. Ancaq qoltuq altı bölgəsində yaranan tər qoxusunun və ya normal qarşılayacağınız kiçik əlamətlər ciddi xəstəliklərin əlaməti ola bilər. Qoltuq altı bölgəsində yaranan əlamətlər və işarə etdiyi sağlamlıq problemləri bunlardır:

 

 

Pis qoxu

 

Qoltuq altının pis iy verməsi çox insanda rast gəlinən bir haldır və hamımız bu vəziyyəti daha öncədən təcrübədən keçirmişik. Ancaq qoxu uzunmüddətli və kəskin olmağa davam edirsə, bu vəziyyət bir problemə işarə ola bilər. Əgər aseton qoxusu və ya çürümüş meyvə iyi alırsınızsa, bu halda diabetiniz və ya diabet mənbəyiniz ola bilər.

 

Qaşıntı

 

Qoltuq altı bölgəsində tüklərin çıxmağa başlaması qaşınma probleminə səbəb ola bilər. Adətən, ülgüc və bıçaqların istifadə edilməsi zamanla o bölgədə qaşıntı meydana gəlməsinə səbəb ola bilər. Ancaq hər qaşıntı da eyni deyil. Qaşınma yeri qızarırsa və ölü hüceyrələr də daxil olmağa başladısa, sağlamlığınız baxımından təhlükəli bir vəziyyət ola bilər. Qoltuqaltı qaşınmasının uzun müddətli olması göbələk infeksiyalarına işarə edir.

 

Qoltuq altında ağrı

 

Qoltuq altında meydana gələn ağrı və qeyri-müəyyən ağrılar limfa nodlarının böyüməsi mənasına gələ bilər. Bu vəziyyət gələcəkdə o bölgədə lezyon görülməsinə, hətta xərçəng xəstəliklərinin da əlaməti ola bilər.

 

Qoltuq altında meydana gələn şişlər

 

Qoltuq altı bölgəsində görülən şişlər və yumrular limfa nodlarının böyüməsi nəticəsində yarana bilər. Bu vəziyyətin dəri səthinə qədər çıxması orda iltihablı bir vəziyyətin varlığına işarə edərək limfa xərçəngi, döş xərçəngi və dəri xərçənginə işarə edə bilər. Qoltuq altı bölgəsində meydana gələn bu vəziyyət mütəxəssis bir həkimlə məsləhət edilərək mütləq araşdırılmalıdır.

 

3 thoughts on “Qoltuq altınız sağlamlığınız haqqında nə deyir?

  1. Salam 2 3 gundu qol altimda birdene ymuru nese hiss edirem.el vurnda agriyur esas uzananda meni narahat edir.sol terfimde.Hansi hekime muraciet etmek olar? Bununlanbagli meslehet verediiz xahis edire..cox qorxuram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir