Avstraliyadan olan mütəxəssislər bəzi araşdırmalardan və nəticələrin təhlilindən sonra müəyyənləşdiriblər ki, döş vəzi xərçənginin 30 minə yaxınını əgər xəstələr spirtli içki qəbulundan imtina edib normal çəki saxlaya bilərlərsə, ilk illərində qarşısını almaq mümkündür.
– Biz müəyyən etmişik ki, kökəlmənin indiki səviyyəsi gələcəkdə döş vəzi xərçənginə daha çox yoluxmaya səbəb ola bilər – növbəti on ildə 17 500 hadisə, – Medpress.az xarici mətbuata istinadla bildirir ki, həkim Maarit Laaksonen söyləyib.
Bundan əlavə, mütəxəssislərin fikrincə, döş xərçənginin inkişafı riski gündə hətta bir spirtli içki qəbul edilərsə, güclü şəkildə artır.
Spirtli içkinin payına 11600 xərçəng hadisəsi düşür və bunun qarşısını almaq olar.