Qırmızı və emal edilmiş ətdən istifadə ürək-damar xəstəliklərindən ölüm riskini artırır. Bu, Amerikanın Loma-Linda sağlamlıq Universitetindən olan alimlərin araşdırmasında qeyd edilir.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, araşdırmaya ABŞ və Kanadadan olan təxminən 96 min yeddinci günün adventistləri cəlb edilib. Onların seçimi təsadüfən olmayıb: onların bəziləri vegetarianlığı tuturlar, qalanları müəyyən miqdarda ət yeyirlər.
Beləliklə, alimlər ət məhsullarından tam imtina və onlarla müqayisədə müəyyən miqdarda istifadə edənlərin sağlamlıq göstəricilərini əldə edə biliblər.
11 illik araşdırma müddətində sınaqdan keçirilən 7900 nəfər ölüb, 2600 nəfərə yaxınında ölüm halı ürək-damar xəstəlikləri səbəbindən olub, 1800-dən çoxu isə xərçəng xəstəliyindən dünyalarını dəyişiblər. Alimlər belə nəticəyə gəliblər ki, qırımızı və emal edilmiş ətdən istifadə və ürək-damar xəstəliklərindən ölüm göstəricisi bir-biri ilə bağlıdır.
Daha əvvəlki araşdırmalar da göstərib ki, bu məhsulların istifadəsinin insan sağlamlığına mənfi təsiri var.