ABŞ-dan olan həkimlərin söylədiyinə görə, qıcqırma, mədə yarası, eləcə də turşuluq reflüksünə qarşı mübarizə üçün çox tez-tez proton pompası ingibitor kateqoriyalara aid dərmanlar yazırlar.
Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ancaq bu dərmanlar böyrək çatışmazlığı və xronik böyrək xəstəliklərinin inkişaf riskini dəfələrlə artırır. Bundan əlavə, onlar mədə şirəsinin istehsalını azaldır.
Eksperimentlər göstərib ki, bu dərmanların qəbulu böyrək çatışmazlığı təhlükəsini təxminən 4 dəfə, xroniki böyrək xəstəliyini isə 20 faiz artırır.
Yaşları 65-dən 80-ə qədər olan xəstələr isə bu dərmanların ən həssas zərbə vurduğy qrupa düşüblər.