Ömrünüzün uzun olmasını istərdinizmi? Bunun üçün yalnız qida rsionunuza yenidən baxmaq lazımdır. Amerikalı həkimlər – nevropatoloq Ceykson Funq və farmakologiya həkimi Ceyms DiNikolantonio hesab edir ki, tərəvəz, dənli bitkilər və qoz insan sağlamlığının açarıdır.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Funq bildirir: insanların əksəriyyəti böyük miqdarda zülal qəbulunu norma hesab edir. Bununla belə, uzunömürlülük göstəricisi yüksək olan ölkələrin sakinləri rasionlarına mimimum zülal daxil edirlər. Yeməklə bağlı xoşagəlməz vərdişə son qoymaq üçün mütəxəssislər ət, yumurta və pendiri bitki mənşəli zülallarla “aldatmağı” məsləhət görürlər.
Yaşıl çay
Yaşıl çaydakı birləşmələr iştahanı boğur və maddələr mübadiləsini yüksəldir. Bütün faydalı xassələrini saxlamaq üçün onu soyuq suda qaynatmaq tövsiyə olunur, şəkər və sudsüz içməyi məsləhət görürlər.
Maqnezium
Təəssüf ki, onun arteriyalara, qan təzyiqinə və maddələr mübadiləsinə müsbət təsiri haqda az danışılır. Bundan əlavə, onun qıtlığı metabolizmin ləngiməsinə səbəb ola bilər. Zəngin maqneziumlu məhsullar qoz, dənli bitkilər və yaşıl yarpaqlı tərəvəzlərdir.
Şərab
Mütəxəssislər əmindir: gündə bir-iki qədəh şərab ürək-damar xəstəliklərinin inkişafı riskini aşağı salır.
Duz
Duz qan təzyiqini artırır, lakin o, böyrək və ürək xəstəlikləri üçün çox faydalıdır. Uzunömürlülərin yaşadığı Yaponiyada rasiona çoxlu sayda ət və soya sousu kimi belə zəngin məhsullar daxildir. Bundan başqa, az duzlu pəhrizlər bədən kütləsinin artmasına, insulinə qarşı müqavimət səviyyəsinə mənfi təsir edə bilər.