Massaçusetsdəki ümumi profilli Boston xəstəxanasının alimləri depressiya riskini azaltmağın çox sadə üsulunu açıqlayıblar. Araşdırmaya görə, gündəlik fiziki yüklənmə psixoloji sağlamlığa müsbət təsir edir.
Medpress.az xarici mediaya istinadla bildirir ki, araşdırma çərçivəsində 600 mindən çox insanın məlumatları təhlil edilib. Alimlər bütün könüllülərin xəstəlik tarixlərini, onların ümumi sağlamlıq göstəricilərini, eləcə də bəzi genetik parametrlərini öyrəniblər. Sınananlardan bəziləri hərəkət miqdarının ölçülməsi portativ sayğaclarını (akselerometrlər) daşıyıb.
Müəyyən edilib ki, fiziki fəal insanlar demək olar depressiyadan əziyyət çəkməyiblər, özü də genetik amillər, depressiya və idmanla məşğul olmaq arasında əlaqələr aşkar edilməyib.
Alimlərin fikrincə, fiziki fəallıq gündəlik olmalıdır. Bu 15 dəqiqəlik qaçış, bağda işləmək və yaxşı olardı ki, açıq havada digər yüngül fiziki yükləmələr olsun.