Böyük Britaniyanın Koventri Universitetinin alimləri müəyyən ediblər ki, yaşlı vaxtda tez-tez sekslə məşğul olmaq insanın koqnitiv (Psixologiyada bu anlayış şəxsdə baş verən psixoloji prosesləri və əsasən informasiya emalında psixoloji vəziyyəti araşdırmaq üçün tətbiq edilir. Çox vaxt koqnitivlik şüur eyni götürülür. İnsanda bir çox proseslər şüurlu baş versə də, koqnitivlik və şüur eyni deyildir. İnsanda proses koqnitiv ola bilər, ancaq şüursuz nə baş verə bilər, məsələn, şüursuz şəkildə nəyisə öyrənmək) qabiliyyətinə müsbət təsir edir və qocalıq demensiyasının (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) qarşısını almağa imkan verir.
Medpress.az xarici mətbuata istinadla xəbər verir ki, eksperiment üçün alimlər yaşları 50-dən 83-ə qədər olan (45-i qadın və 28-i kişi olub) 73 nəfər könüllünü seçiblər. Könüllülər ay ərzindəki cinsi aktlarının sayı və özlərini necə hiss etmələri ilə bağlı anket doldurublar.
Eksperiment göstərib ki, həftədə bir dəfə seks iştirakçıların 37 nəfərində olub, ayda bir dəfə sekslə məşğul olanlar 26 təşkil edib, 10 nəfərdə bir dəfə də intim yaxınlıq qeydə alınmayıb. Eksperiment çərçivəsində imtahan edilənlərə riyazi tənliklər həll etmək təklif olunub. Nəticədə həftədə bir dəfə sekslə məşğul olan insanlar ikinci qrup iştirakmçılardan 2 faiz, üçüncü qrup iştirakçılardan 4 faiz tez tapşırığın öhdəsindən gəliblər.
Əvvəllər buna oxşar nəticəyə Avstraliyanın Vullonqonq universitetinin alimləri gəliblər. Orada müəyyənləşdiriblər ki, seksuallıq baxımından fəal yaşlı insanların yaddaşı seksə meylli olmayanlarla müqayisədə daha çox inkişaf edib. Bundan ötrü yaşları 50-i və daha yuxarı olan 6 mindən çox insanın intim həyatı ilə bağlı məlumatlar təhlil edilib.
Pensilvaniyadakı Uilks Universitetinin alimləri isə müəyyənləşdiriblər ki, seks təkcə əhval-ruhiyyəni qaldırmır, stressi götürür, həm də orqanizmin bəzi funksiyalarına müsbət təsir edir.