Həyat keyfiyyətinə görə ölkələrin reytinqi AÇIQLANDI

Numbeo qlobal məlumat bazasının mütəxəssisləri müxtəlif  ölkələrin 2019-cu ildə həyat keyfiyyəti reytinqini açıqlayıblar. Ən yaxşıların adlarını çəkmək üçün ölkə sakinlərinin alıcılıq qabiliyyəti, təhlükəsizlik göstəricisi, səhiyyənin səviyyəsi, həyat keyfiyyəti, daşınmaz əmlakın qiyməti, çirklənmə səviyyəsi və iqlim öyrənilib.

 

Medpress.az xarici mətbuata istinadla xəbər verir ki, reytinqdə ilk üçlüyü Danimarka, İsveçrə və Finlandiya tutur. Onluğa Avstraliya, Avstriya, Niderland, İslandiya, Almaniya, Yeni Zelandiya və Norveç də düşüb.

 

Yaponiya və ABŞ top-10-luğa düşə bilməyib: onlar müvafiq olaraq 12-ci və 13-cü yerdə yerləşirlər. Sonuncu, 71-ci yerdə Misirdir.

 

Azərbaycan, Gürcüstan və Ermənistan siyahıda yoxdur. Keçmiş SSRİ-yə daxil olan Baltikyanı ölkələrdən Litva 29-cu, Latviya 34-cü sıradadır. Estoniya Yaponiya və ABŞ-ı qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. Belarus reytinqdə 37-cidir, Rusiya Belarusdan geri qalaraq 59-u yeri tutub. Ukrayna 62-ci sıradadır. Qazaxıstan axırdan üçüncü, 69-cudur.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir