Tiroidoloq
(zob xəstəlikləri)
İş stajı: 10 il
Təsvir
— Dr. Fuad Əliyev Azərbaycanda ilk dəfə olaraq (2010-cu ildən) Qalxanabənzər vəzin düyünlü formalarının (düyünlü zob) incə iynə aspirasion biopsiyasını (İİAB) rutin bir müayinə kimi başlamış və yaymışdır.
Hal hazırda 10 000-dən çox biopsiya edən yeganə həkimdir.
— Dr. Fuad Əliyev Azərbaycanda ilk dəfə olaraq zəhərli zobların cərrahi əməliyyat olunmadan radioaktiv yod-131 izotopu ilə tam və birdəfəlik müalicəsini tətbiq etmiş və ölkədə yaymışdır.
İs yeri
— 2009-cu ildə Milli Onkologiya Mərkəzində Nüvə Təbabəti şöbəsində işə başlamışdır.
— 2014-2017-ci illər ərzində MOM-un Nüvə Təbabəti diaqnostikası şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
— Hal hazırda Oksigen Klinik Xəstəxanasıda çalışır.
Təhsili
— 2005-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
— 2008-2009-ci illərdə Türkiyə Respublikasının Ankara şəhərində Gazi Universitetinin Nüvə Təbabəti (Nuklear tıp) bölməsində «fellowship» proqramı üzrə təhsil almışdır.
— 2010-cu ildə İstanbul Universitetinin Cerrahpaşa tibb fakültəsinin Nüvə Təbabəti bölməsində süd vəzi xərçəngləri zamanı aksillar sentinel (nöbətçi) limfa düyünün radionuklid diaqnostikası üsulu ilə təyini (xəritələnməsi) və düyünlü urlar (düyünlü zob) zamanı incə iynə aspirasion biopsiyasının (İİAB) diaqnostik dəyərinin öyrənilməsi üzrə təhsil almışdır.
Prosedur
— Qalxanabənzər vəzi xəstəliklərinin (zob xəstəlikləri) müayinəsi və müalicəsi (zob UZİsi, biopsiya, radioaktiv yod müalicəsi, əməliyyatlar və s.)
— Hipotireoz, hipertireoz
— Düyünlü zob
— Autoimmun tiroidit
— Haşimoto zobu
— Qalxanabənzər vəzi xərçəngi
— Qreyvs (Graves) xəstəliyi və s.
Tədbirlər
— Beynəlxalq Atom Enerjisi Təşkilatının tərkibində və ayrı-ayrı ölkələrdə (Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belçika, Çexiya, Fransa, İsveç, İspaniya, İtaliya, Litva, Macarıstan, Rusiya,Türkiyə, Ukrayna və s.) təşkil etdiyi kurslarda və elmi konfranslarda iştirak etmişdir.
Əlaqə
Tel.: (050) 319 33 83
Veb səhifə: www.zobmerkezi.az
Facebook: Fuad Aliyev, Dr.Fuad Aliyev
İnstagram: zob_tireoid_xestelikleri