Cinsi həyatı pisləşdirən məhsullar: bunları yeməyin

Seksual meyli artıran afridizyak (cinsi istək oyandıran) məhsulların varlığını hamı bilir. Ancaq tamamilə əks effektli məhsullar da var. Medpress.az xarici mediaya istinadən həmin məhsulları təqdim edir.

 

Qara biyan kökü

 

Qara biyan kökü orqanizmdə testosteronun səviyyəsini aşağı salır, ona görə sevgi gecəsi planlaşdırdığınız gecə ən yaxşısı ondan istifadə etməməkdir.

 

Pendir

 

Süd məhsullarının hamısı, bu və ya digər formada ehtirası aşağı salır, bundan əlavə, onlar tez-tez qarında ağrı hissi doğurur, bunun intim prosesə yaxşı köməkçi olacağı çətindir.

 

Paxlalı bitkilər

 

Hər şey sizin bu məhsulları necə həzm etməyinizdən asılıdır.  Onlar bəzilərinə enerji ehtiyatı verir, digərlərinə, əksinə qarında yalnız  köp və ağırlıq hissi verir. Meteorizm şəklində mümkün əks effekt seks zamanı xoşagəlməz situasiyaya gətirib çıxara bilər.

 

Şokolad

 

Ehtirası artıra biləcək  geniş məlum olan afrodizyak  bu siyahıya yalnız bir səbəbdən düşüb – şokoladın çox növü var. Seksdən qabaq südlü şoloaddan kənarda durun, qara və acı şokolad isə əksinə, bu siyahıya düşməyib.

 

Hot-doqu və digər fast-fudlar

 

Bu məhsullardakı böyük miqdarda yağlar arteriyalarının “tutulmasına” səbəb ola bilər ki, bu da cinsi orqanın işinə mənfi təsir göstərir. Ümumiyyətlə, bütün emal olunmuş məhsullar ehtiras üçün olduqca zərərlidir. Bu  adi qızardılmış kartofa da aiddir.

 

Qırmızı ət

 

Burada yenə hər şey fərdi yanaşmadan asılıdır. Ət kiməsə enerji verir, kimisə də solğunlaşdırır və yuxu basır.

 

Qırmızı şərab

 

Burada hər şey dozadan asılıdır. Orta həddi arxayınlaşmağa imkan verəcək və cinsi orqanlara qan axınını artıracaq, həddini keçəndə isə ehtirasda və davranışlarda ciddi problemlərə gətirib çıxara bilər.

 

Enerji içkiləri

 

Onlarda şəkər və müxtəlif  kimyəvi maddələr lap çoxdur. Onlar yalnız qısamüddətli güc gətirə bilər, sonra süstlük və güclü yorğunluqla əvəz olnacaq.

 

Brokkoli

 

Çox gözəl və faydalı bitkidir. Lakin intim münasibət ərəfəsi ən yaxşısı əks effektinə görə ondan qaçmaqdır  – yüksək qaz yaratma xüsusiyyəti var.

 

(Visited 467 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir