Limonun qoxusu, sadəcə sizi rahatlatmaqla qalmaz, sağlamlığınız üçün də olduqca yaxşıdır. Bəs yatarkən yanınıza limon qoymağın nə kimi bir faydası ola bilir?
Medpress.az xarici mediaya istinadən bildirir ki, saysız-hesabsız faydası olan limonu illərlə suyunuzda, çayınızda, salatınızda istifadə etmisiniz. Bəs, komodun üzərinə qoymağa nə deyərsiniz?
Bunu etməyiniz lazım olan şey: Bir limonu alıb, onu dörd yerə bölmək və içinə duz səpmək lazımdır.
Dilimlədiyiniz limonları, komod üzərinə qoyaraq, yuxuya gedin.
Bəs, yatarkən yanınıza limon qoymağın nə kimi faydaları olacaq?
1. Gərginliyinizi alır
Stress bir çox insanın ümumi problemidir. Yataqda dönüb qalmağınıza yol açan stress və narahatlıq kimi hallar yatmağınız çətinləşdirir. Komod üstündəki limon isə sizi sakitləşdirir. Araşdırmaya görə, sitrus qoxusu adamın beyin dalğalarını və duyğularını rahatlaşdırır.
2. Diqqətinizi artırır
Yatmadan əvvəl nəyə diqqət yetirməyiniz lazım olduğunu soruşa bilərsiniz.
Amma əgər beyni daim məşğul olan və yuxusuzluq problemi ilə üzləşən bir insansınızsa psixoloqlar müsbət şeylərə diqqət yetirməyiniz lazım olduğunu söyləyir. Diqqətcilliyiniz üçün isə limon qoxusu bir əvəzsiz vasitədir.
3. Daha yaxşı nəfəs alırsınız
Yatmağa çalışanda bir də burnunuz qoxu dəyirsə, antioksidant və antibakteriyal olan limonun burun deşiklərdən içəri girməsinə icazə verin.
4. Həşəratları uzaqlaşdırır
Ağcaqanadın qulağınız ətrafında dolaşmasından və ya gecə boyu milçəklər tərəfindən dişləməkdən bezmisinizsə, bu xəbər tam sizə görədir. Limon ağcaqanadların sevmədiyi bir şeydir. Bundan başqa, limon hər həşəratı öldürür. Bu dilimlər onları digər otağın uzaqlığında saxlayar.
5. Səhər enerjinizin artmasını və müsbət əhvalda olmağınızı təmin edir
Səhər tezdən oyanmaq, bir çox insanın çox çətinlik çəkdiyi bir şeydir. Ancaq komod üstündəki bu kəsiklər oyanma gedişinizi daha az ağrılı bir hala gətirəcək. Limon qoxusu beyninizin serotonin səviyyələrini də artırır.
6. Havanın keyfiyyətini artırır
Limon yalnız ətrafa gözəl iy verilməsini təmin etmir, eyni zamanda havanı təmizləyir. Çox güclüdür, hətta bir otaqdan boya qoxusunu tez çıxarmaq üçün limondan istifadə edə bilərsiniz.
7. Qan təzyiqini aşağı salır
Limon ətiri qan təzyiqini aşağı salır. Bir çox insanın qan təzyiqinin yüksək olduğunu düşünsək, limonun insanlar üçün universal bir meyvə olduğunu anlamaq çətin olmaz.
Limonun digər faydaları
İştaha açandır. Həzmi asanlaşdırır və həzm sistemi xəstəliklərinə yaxşı təsir edir.
Damar sərtliyinə preventiv təsiri var.
Soyuqdəymə, zökəm, qrip və öskürək şikayətlərini azaldır.
Mikrob öldürücüdür. Qida zəhərlənmələrində və həşərat sancmalarında faydalıdır.
Sidik yollarında yaranan infeksiyalara qarşı təsirlidir.
Qanı təmizləyir və qan dövranını asanlaşdırır.
Ürək böhranı, ürək-damar xəstəlikləri və xərçəng kimi xəstəliklərdən bədəni qoruyan bir antioksidantdır.
Rahatlatıcı təsiri ilə bədəndəki ağrıları yüngülləşdirir, hərarəti və təzyiqi aşağı salır.
Sifətinizdəki sızanaqlara qarşı olduqca təsirlidir.
Mədə-ürək bulanmasını və baş hərlənməsini aradan qaldırır.
Limon suyu qarqara etmək üçün də istifadə edilir. Sinənizi təmizləyir, dişləri ağardır və diş minasını möhkəmləndirir.