“Ciyərin faydaları nələrdir”sualına bir çox cavab var. Ancaq bu cavablar arasında ən çox diqqət çəkəni isə B12 vitaminini yüksəltməkdə 1 nömrə olmasıdır. Xüsusilə quzu ciyərinin bədənimizə yığdığı B12 vitamini bunu eşidənləri təəccübləndirir.
Medpress.az xarici mediaya istinadla bildirir ki, B12 ən çətin alınan bir qida olmaqla yanaşı, eyni zamanda çox az qidalarda olur.
Əvvəlcə B12 vitamini çatışmazlığı olanda nələr yaşayırıq onları öyrənək:
B12 vitamini çatışmazlığında sinir ziyanı, qan azlığı, unutqanlıq, depressiya və yorğunluq kimi problemlər ortaya çıxır. Pernisiyoz qan azlığında eyni zamanda sinir, nevroloji problemlər (depressiya) və həzm sistemi problemləri kimi başqa ağırlaşdırıcı vəziyyətə də gətirib çıxara bilər.
Normal halda da super qidaları düşünəndə yaşıl yarpaqlı tərəvəzlər, tropik bir super çiyələk, faydalı çiy toxumlar, qidalandırıcı kətan toxumları, hətta vəhşi alabalıq kimi başqa bir qida növü ağla gəlir. Çox insan qaraciyərini, xüsusən mal qara ciyəri kimi bir şeyi düşünmür, ancaq sizə burada qaraciyərin planetdəki ən sıx və qidalandırıcı super qida olduğu təqdim edilib.
Ciyərin, günümüzün ən yaxşı super və müalicəvi qida məhsullarından biri olmasının səbəbi, B vitaminləri, dəmir və A vitamini üçün ən yüksək mənbə olmasıdır. Həmçinin fosfor və maqnezium üçün gözəl mənbədir. Əslində, ispanaq, yerkökü, alma və təbiətin ən zəngin qidalarından bəziləri ilə müqayisə etsəniz, hamısından daha yaxşı performans göstərir.
Qaraciyəri təbii tibb həkimləri illərdir geniş istifadə edir. Əslində, Almaniya alimi doktor Maks Gerson, “Gerson Protokolu və ya Gerson Terapiyası” adlanan bir şey yaradbı. Gerson Terapiyası, hər bir xəstəlik növü üçün, həmçinin həzm pozğunluqları, vərəm və ürək xəstəliyi üçün istifadə edilən təbii bir xərçəng müalicə protokoludur.
Gerson xəstələrinə gündə 13 stəkan tərəvəz və meyvə suyu içirdir və bunun yanında mal ciyəri, qəhvə və bəzi çiy tərəvəz salatları yedirdir. Ancaq mal ciyəri, xəstələrinin sağalmasına yardımçı olmaq üçün həyata keçirdiyi əsas protokolun bir parçasıdır.
Ciyər yeməyin bir nömrəli faydası B12 vitamini baxımından çox yüksək olmasıdır. B12 vitamini qırmızı qan hüceyrəsi əmələ gəlməsini dəstəkləyir və sellülyar funksiyaları yaxşılaşdırır. Bu çox şey üçün əhəmiyyətlidir. Tez-tez ağıllara gələn suallardan biri budur: “Qaraciyər zəhərli deyilmi? Qaraciyərdə toksin olurmu?” Əslində, toksinlər qaraciyərdə toplanmır. Bununla yanaşı, ciyər almaq istədikdə, təbii və otlaqda yetişdirilmiş heyvanlardan əldə edilmiş olması vacibdir. Buzov və toyuq qaraciyəri ən yaxşısıdır. Ciyəri yeyiləsi heyvanların otla qidalanmasına, bir yerdə bağlı saxlanılmamasına və otlaqlara buraxılmasına əmin olmalısınız.
Quzu ciyərinin möcüzəsi
100 qram quzu ciyəri, 1 gündə bədənimizə almağımız lazım olan B12 vitamini miqdarının tam 13 qatını təmin edir. B12 vitami ilə yanaşı qaraciyər B6 vitamini, biotin və folat baxımından da yüksək tərkiblidir. B vitaminləri, xüsusilə folat, metilasyon və sellülyar funksiyalarına görə bədəninizə kömək edir.
Orqanizmdə folata bağlı mühüm bir reaksiya verir, uyğun hüceyrə bölünməsi üçün lazım olan DNT prosesində deoksiüridilatın metilasyonunun timidilata reallaşdırılmasıdır. Bu proses qarşısı alındıqda, folat çatışmazlığının fərqləndirici xüsusiyyətlərindən biri olan megaloblastik qan azlığı başlayır.
Bütün bu minerallar ilə dolu ciyər yemək orqanizminizin detoksifikasiya yollarını dəstəkləyir. Həmçinin ciyər yeməyin əslində qaraciyər fəaliyyətinizin daha yaxşı olmasına yardımçı olduğu son dərəcə məntiqlidir. Qaraciyər yemək sizin qaraciyəriniz təmizləyir. Düzgün detoksifikasyona ehtiyac duyduqda bədəninizə və qaraciyərinizə lazım olan bütün qida maddələrini verir.
Mis müxtəlif fermentlərin funksional bir komponentidir. Gündə 100 qram qaraciyər yesəniz, 12 milliqram mis alarsınız. Quzu qara ciyəri bu miqdarın yalnız yarısı qədərdir, toyuq qaraciyəri isə 1 milliqrama belə malik deyil.