Terrorçular üçün aparılan narkotik tərkibli dərman tutuldu

Yunanıstan müstəntiqləri Pirey limanındakı gəmilərdən birində oyandırıcı təsir göstərən 5 milyon həb Kaptaqon olan qurğuşun konteyner aşkar ediblər. Hüquq-mühafizə orqanları ehtimal edir ki, gizli yükün İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması üzvləri üçün Yaxın Şərqə göndərilməsinə hazırlıq gedib.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, xüsusi xidmətin əməliyyatı yanvar ayının əvvəlində keçirilib, lakin bu haqda indi məlum olub. Həblər hər birində 10 min ədəd olmaqla qurğuşun lövhələrdə gizlədilib.

 

Yunanıstan polisinin araşdırma aparmasına və narkotikin ələ keçirilməsinə Türkiyə və Xorvatiyadan olan həmkarları da kömək ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir