Musiqinin ürək sağlamlığına faydaları

Qədimdən bəri xəstəliklərin müalicəsində musiqidən istifadə edilib. Müasir elmin sayəsində musiqinin sağlamlığa daha bir faydası üzə çıxıb.

 

Medpress.az xəbər verir ki, alimlər musiqinin ürək xəstəlikləri, xüsusilə də, təzyiq üçün faydalı olduğunu açıqlayıblar. Onların gəldiyi qənaət belədir ki, gündə 30 dəqiqə klassik musiqi dinləmək ürək xəstəliklərinə tutulma riskini azaldır. Belə musiqi bədəni sakitləşdirir, təzyiqi aşağı salır.

 

Bundan başqa qayğını azaltdığı, stressi aradan qaldırdığı üçün erkən yaşlanmanın və depressiyaya meyilliliyin də qarşısını alır.

 

Alimlərin sözlərinə görə, sağlamlıq üçün ən faydalı musiqi İohann Sebastyan Baxa məxsus əsərlərdir. Dahi musiqiçinin əsərlərini gündə heç olmasa, yarım saat dinləməklə bir çox sağlamlıq problemi ilə mübarizə aparmaq olar.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir