Gündəlik yaşıl çay içmək sümüklərin sümüklərin sıxlığını artırır və xüsusilə qadınlarda sınıq riskini azaldır.
Medpress.az xarici mediaya istinadla xəbər verir ki, müvafiq tədqiqat ictimai səhiyyə məktəbinin mütəxəssisləri Pekin universitetinin əməkdaşlarının səyi ilə keçirilib.
Araşdırmaya Çinin ümumilikdə 450 mindən çox sakini cəlb olunub. Kim 30 ildən çox gündə yaşıl çay içibsə, onda sınıq ehtimalının daha aşağı olması müşahidə edilib.
Mütəxəssislər qeyd edirlər ki, yaşıl çay yalnız sümüklərin sıxlığına təsir etmir, həm də konsentrasiya səviyyəsini yaxşılaşdırır.