Münhen universitetinin alimləri müəyyənləşdiriblər ki, yuxuda xoruldayan kişi və qadının nə zamansa ürək-damar sistemində ciddi problem baş verə bilər.
Medpress.az xarici mediaya istinadla bildirir ki, kişinin orqanizmi qadınla müqayisədə hava çatışmazlığından xeyli ləng dağılır. Alimlərin sözlərinə görə, zəif cinsin nümayəndəsinin ürəklə bağlı problemi cəmisi bir neçə il sonra baş verə bilər.
Tədqiqatçılar bildirirlər ki, yuxu üçün müalicə və ya düzgün şəraitin olmaması apnoeni inkişaf etdirir – nəfəsin qısa müddətli dayanması ölümə gətirib çıxara bilər.
Bundan əlavə, xorultu səbəbindən ürəyin sol mədəciyi kiçilir və bu qan dövranına təsir göstərir. Tədqiqatçılar xoruldamağın əsas səbəbini artıq çəki və yuxu zamanı düzgün vəziyyətdə olmaqla izah edirlər. Çəpər əyriliyi problemi isə tənəffüs yolları xorultusunun inkişafına təsir göstərən səbəblər siyahısında sonuncu yerdə dayanır.