Azərbaycanda QİÇS-dən 899 nəfər ölüb

Azərbaycanda da aktual olan İİV/QİÇS problemi Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV infeksiyasına ən az yoluxma hallarının olduğu ölkələr sırasına daxildir. Bu xəstəlik, başlıca olaraq, xüsusi risk qrupuna aid olan narkomanlar arasında yayılıb və İİV infeksiyasına yoluxma halları əsasən narkotik maddələrin inyeksiyası zamanı baş verir.

 

 

Medpress.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə QİÇS ilk dəfə 1987-ci ildə aşkar edilib və qeydə alınıb. O vaxtdan bu il martın 1-dək mərkəzdə rəsmən İİV infeksiyasına yoluxan 5798 nəfər qeydə alınıb. Onlardan 4121-i (71,1 faizi) kişilər, 1677-si (28,9 faizi) isə qadınlardır. Bu müddətdə 2057 nəfər QİÇS mərhələsinə keçib, 899 virus daşıyıcısı dünyasını dəyişib. İİV infeksiyasına yoluxanların 45,4 faizi bu virusa narkotik maddələr, 42,5 faizi heteroseksual və 2,4 faizi homoseksual əlaqələr vasitəsilə, 1,8 faizi anadan uşağa keçməklə yaxalanıb. 8 faizin yoluxma səbəbi müəyyən olunmayıb.

 

Qeyd olunub ki, əhali arasında mütəmadi olaraq maarifləndirimə işi aparılır, bu problemlə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq davam edir.

 

Bundan başqa, Ailə Məcəlləsinə edilən dəyişikliklərlə bağlı, həmçinin bir sıra normativ aktların təsdiq olunması ilə əlaqədar 2015-ci il iyunun 1-dən nikah münasibətlərinə girmək üçün müraciət edənlər tibbi müayinədən keçməlidir.

 

(Visited 104 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir