Xəstəlikdən əziyyət çəkən kişi özünü öldürdü – BAKIDA

Yasamal rayonunda 63 yaşlı İlyas Quliyev özünü kirayədə yaşadığı binanın 8-cı mərtəbəsindən ataraq intihar edib.

 

Medpress.az xəbər verir ki, onun həyatına qəsd etməsinə səbəb ağır xəstəlikdən əziyyət çəkməsi olub.

 

Daha bir intihar Şəki rayonunda qeydə alınıb. Kiş kənd sakini, 63 yaşlı Qorxmaz Nəsrullayev yaşadığı evin həyətində özünü yandırıb. O, aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.

 

Yanvarın 13-də Bakıda da bir kişi özünü yandırmaqla intihara cəhd edib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində məcburi köçkün Tərlan İslamov özünü 40-cı Polis Bölməsinin qarşısında yandırıb.

 

Onun belə ümidsiz addım atmazdan əvvəl bir polis əməkdaşı ilə mübahisə etdiyi bildirilir. Tərlan İslamov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 saylı Kliniki xəstəxananın yanıq bölməsinə çatdırılıb. Onun koma vəziyyətində olduğu bildirilir.

 

Zərər çəkənin qohumlarının dediklərinə görə, Tərlan İslamov polisə müraciət edib və bildirib ki, kafelərdən birində onun telefonunu oğurlayıblar. Ehtimala görə, kafenin sahibi də polis əməkdaşıdır. Ancaq zərərçəkənin şikayətinə baxmayıblar, ona görə də o, polis bölməsinə yollanıb və deyib ki, əgər onun problemi ilə məşğul olmasalar, özünü yandıracaq,

 

Onun tələbinə əhəmiyyət verilməyib və həmin şəxs üstünə benzin tökərək özünü yandırıb.

 

Nərimanov rayonunda isə Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin əməkdaşı intihar edib. Məlumata görə, 35 yaşlı İlkin Tapdıqov banklardan birinə məxsus ofisdə tabel silahı ilə başına güllə ilə atəş açıb. Hadisə vaxtı ofisdə digər polis əməkdaşı da olub.

 

Araşdırmalar zamanı məlum olub ki, İlkin Tapdıqov intihar etməmişdən qabaq iş yoldaşına həyatdan bezdiyini, daha yaşamaq istəmədiyini bildirib. Mərhum ailəli olub, iki azyaşlı övladı var. İlkin Tapdıqov Səbail rayon Mühafizə İdarəsinin əməkdaşı idi.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir