İnsan xəstələnəndə, ona çox yatmağı məsləhət görürlər. Bu, həqiqətənmi tezliklə sağalmağa kömək edir? Sən demə, kömək edir.
Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tyubinqen universitetinin alimləri müəyyən ediblər ki, yuxu zamanı immun hüceyrələri yenidən proqlamlaşdırılır və bu onların effektliyini artırır: onlar bədəndəki hüceyrələrin yoluxmasının daha yaxşı tanıyır və məhv edir.
Bədəndəki immun hüceyrələri iki siqnal alır: onların işini aktivləşdirən və ləngidən. İkinci növ siqnal T-hüceyrələrin yoluxmuş hüceyrələrə birləşməsinə və məhv edilməsinə mane olur.
Ziyansız sitomeqalovirusa (herpes ailəsindən olan virusdur) yoluxmuş insan qanının laboratoriya müayinəsi zamanı immun hüceyrələrinə təsir göstərən 4 növ maddə aşkar edilib. Bu maddələr arasında T-hüceyrələri yenidən proqramlaşdıran badamcıqlar da olub. Onlar bədənin yoluxmuş hüceyrələrinə qoşulmaq imkanı yaradan az zülal istehsal etməyə başlayıblar.
Könüllülər üzərindəki sonrakı təhlil və eksperiment müəyyənləşdirməyə imkan verib ki, maddənin həddi məhz yuxu zamanı T-hüceyrlərin fəallığını ləngidir. Məhz buna görə xəstəlik zamanı həqiqətən çox yatmağa cəhd etmək lazımdır.