Xərçəng xəstəliyinin 7 əsas əlaməti: sizdə də ola bilər

Cancer Research UK təşkilatının ekspertləri xərçəng xəstəliyinin 7 əsas əlamətini açıqlayıblar. Onkoloji xəstəliyin inkişafı üçün aşkar səbəb olmadan çəkinin xeyli itirilməsini göstərmək olar. Qəfil kəskin ağrılardan, xüsusilə əgər onlar davamlı xarakter daşıyırsa, ehtiyatlanmaq lazımdır. Mütəxəssislər bu ağırıların baş verdiyi təqdirdə yubanmadan həkimə müraciət etməyi məsləhət görürlər.

 

Medpress.az xarici mətbuata istinadən bildirir ki, qarının daima şişməsi və qıcqırma kimi əlamətlər də xərçəngin inkişafının göstəricisi ola bilər. Digər tərəfdən,  bəzi yeməklərdən istifadə də bu əlamətlərə təhrik etməyə şərait yaradır. Lakin əgər bu əlamətlər sistemli xarakter alırsa, tələsmək lazımdır.

 

Həkimə müraciət etmək üçün ciddi bəhanələrdən biri də həzm traktının pozulması, eləcə də sidikdə və nəcisdə qanın olmasıdır.

 

Mütəxəssislər qeyd edirlər ki, xəstəliyin vaxtında aşkarlanması məhsuldar müalicəni çox artırır, Bununla da ömrünüzü uzatmış olursunuz.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir