Dərinin mikro zədələrindən yayınmaq üçün hamam lifindən istifadəni həftədə iki-üç dəfəyə qədər məhdudlaşdırmaq, təmizlik kremindən isə yalnız bir dəfə istifadə etmək lazımdır.
Medpress.az xarici mediaya istinadla bildirir ki, isti vannada uzun müddət uzanmaq qocalmanı sürətləndirir, gündəlik hamam lifindən istifadə isə dərinin kiçik zədələnməsi riskini artırır.
Mütəxəssislər temperaturu 40 dərəcəyə qədər olan isti vannanı 5 dəqiqədən çox qəbul etməməyi tövsiyə edir. Temperaturu 35 dərəcəyə qədər olan vannanı isə 15 dəqiqəyə qədər qəbul etmək olar.
Bu müddətdən artıq vanna qəbulu ürək və damarlara mənfi təsir riskini artırır, qaynar suda uzun müddət qalmaq da dəri üçün zərərlidir və qocalma prosesi tez gedir.
Məlumata görə, hamam lifindən istifadə quruluğa aparır, eləcə də dermatologiya xəstəlikləri riskini artırır. Saçınız normal yağlılıqdadırsa, başınızı orta hesabla həftədə iki dəfə yumalısınız. Gündəlik yuma isə dərini qurudur və problemlərə gətirib çıxarır.