Koronavirusdan bir gündə 12 minə yaxın insan öldü

Dünyada COVID-19-a yoluxanların sayı 80,77 milyon nəfəri ötüb. Medpress.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

 

 

 

 

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 80 773 033 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 1 783 619 insan ölüb.

 

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 563 983 nəfər təşkil edib. Son sutkada mülaicə alan daha 11 784 pasiyent təhlükəli infeksiyadan ölüb.

 

Son 24 saat ərzində infeksiyaya yoluxanların  44 faizindan çoxu Avropada (251 900), daha sonra Şimali və Cənubi Amerika (236 660), ardından isə Cənub-Şərqi Asiyada (31 467) qeydə alınıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib (Report).

 

(Visited 10 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir