Uşaq əmizdirmək ananın ürəyinə müsbət təsir göstərir – ALİMLƏR

Alimlər döş əmizdirmənin üstünlüklərini sadalayıblar. Amerikanın kardiologiya assosiasiyasının araşdırmasına əsasən, döş əmizdirmək ananın ürəyinə müsbət təsir göstərir, eləcə də xolesterinin səviyyəsini azaldır və  qan dövranını sabitləşdirir.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, eyni zamanda mütəxəssislər qeyd edirlər ki, bunun ana sağlamlığına xeyirli təsirinin səbəbləri hələ ki tam aşkar olunmayıb.  İstisna deyil ki, müsbət dəyişiklik hormon oksitosinin qurtarması, qan damarlarının hamar əzələlərinin zəiflədilməsi ilə bağlıdır.

 

Nyu -York universiteti yanındakı Coan Tiş qadın sağlamlığı Tibb mərkəzinin kardioloqu Nika Qoldberq qeyd edir ki, qadınların çoxu hamiləlik dövründə sağlam həyat tərzi keçirir. Daha bir danılmaz müsbətlik döşlə əmizdirmə zamanı yandırılan kalorinin ürək və damarlara müsbət təsir göstərməsidir.

 

Amerika pediatriya akademiyası qadınlara körpələrini ilk 6 ayda mütləq döşlə qidalandırmağı məsləhət görür. Sonra, uşağın bir yaşına qədər ana südünü digər qidalarla əvəzləmək olar.

 

Amerika kardiologiya akademiyası onu da göstərir ki, ana südü ilə qidalandırma ananın hamiləlik dövründə orqanizmdə toplanan piy ehtiyatlarının yandırılmasına da kömək edir.

 

Ana südü ilə qidalanma orqanizmdə piy ehtiyatlarının yandırılması hamiləlik dövründə toplanmış olur. Həkimlər döş əmizdirən qadınlara hamiləllik zamanı müəyyən edilən hestasion (hamiləlik dövründə) şəkərli diabet və preeklampsiya (preeklampsiya hamiləliyin 20-ci həftəsindən sonra baş verən və adətən, qan təzyiqinin qalxması (hipertoniya) və sidikdə zülalın olması (proteinuriya) ilə müşayiət olunan vəziyyətdir) ağırlaşmaları ilə də bağlı məsləhət verirlər.

 

Əgər yuxarıda sadalanan fəsadlar gələcəkdə ürək-damar xəstəlikləri riskini artıra bilərsə, bu da onların sağlamlığına müsbət təsirini göstərə bilər.

 

(Visited 129 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir