İnanırdım ki, öləcəyəm və bir gün özümə dedim: “Bu, deyəsən, başıma gələcəklərin ən ağırıdır. Amma mən buna müxtəlif cür yanaşa bilərəm: ya növbəsini gözləyən miskin bir ölümə namizəd kimi səfil-sərgərdan dolaşmalı, bir il ağlayıb-sızlamalıyam, ya da həyatdan mümkün olan hər şeyi -sirəsini sıxıb çıxarmalıyam. Mən ikinci yolu seçdim. Çünki mən mübarizəm və xərçəng mənim həyatımın ən nəhəng döyüşü oldu. Onu məni son sınağa çəkən- tab gətirib-gətirməyəcəyimi sınayan təbii eksperiment kimi qəbul etdim. İndi budur, qəribə bir şey baş verdi. İl keçdi, sonra daha biri. Üçüncüsü… Və məlum oldu ki, mən xoşbəxt istisnayammış.
Hans Selye