Təyyarə enərkən yatmaq qulağa ciddi ziyan verə bilir

ABŞ-da Harvard Tibb Fakültəsinin apardığı bir araşdırma, təyyarədə uçarkən ani hündürlükdən aşağı enmənin yatan sərnişinlərin qulaqlarında möhkəm problemə səbəb olmasından xəbər verir. Mütəxəssislər, təyyarə səfərləri zamanı pilotun “Enməyə keçirik” anonsu ilə birlikdə yatanların ayılmasını təklif edir.

 

Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bir çox adam ani yüksəklik dəyişikliyində qulaqlarının partlayacaq kimi olduğunu deyir. Bu vəziyyət, qulağın kənar təzyiqlə, daxili təzyiqin bərabər olmamasından qaynaqlanır. Bu hiss, adətən, enişlərdə və ani hündürlük dəyişikliklərində baş verir.

 

Əsnəyin və ya udqunun

 

Bu təzyiqi östaki borusunda incə bir kanal açaraq tarazlaşdırmaq mümkündür. Bunun üçün əsnəmək, ya da udqunmaq lazımdır. Bəzi hava yolu şirkətləri bu səbəblə enişdən əvvəl saqqız və ya şəkər paylayır.

 

Ancaq ekspertlərə görə, yuxu zamanı təzyiq tənzimlənmədiyi üçün östaki borusu tıxana və qulaqda təzyiq travması əmələ gələ bilər. Təzyiq travması adətən, bir çox adamın həyatlarının bir dövründə yaşayacağı sadə bir narahatlıqdır.

 

Lakin östaki borusunun uzun müddət bağlanmış qaldığı hallarda infeksiya yarana və qulaq pərdəsinin arxasına maye yığıla bilər. Bu da ağrıya və eşitmə çətinliyinə səbəb olur. Bəzi ağır hallarda xəstələrin qulaqlarından qan da gələ bilər.

 

Hündürlük fərqlilikləri, dalğıclarda və dağda avtomobil sürən insanlarda da narahatlığa səbəb ola bilər. İngiltərədə yayımlanan “Independent” qəzetinin yazdığına görə, bunun qarşısını almaq üçün ediləcək ən yaxşı şey, nə qədər yuxusuz olsanız da, pilotun eniş anonsundan sonra oyanmaqdır.

 

 

 

(Visited 53 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir