Amerikalı psixoterapevtlər onillik elmi araçdırmalara əsaslanaraq belə nəticəyə gəliblər ki, tənhalıq insan sağlamlığına ürək xəstəliyi və kökəlmədən böyük təhlükə yaradır. Ekspertlər belə nəticəyə gəliblər: insan sosium olmadan yaşaya bilməz.
Medpress.az xarici mətbuata istinadla bildirir ki, Briqama Yanqa universitetinin mütəxəssisləri bunu ortaya çıxarıblar: insanlarla təmasdan məhrum olan uşaqlar arasında ölüm riski yüksək müşahidə olunub. Səbəbsiz sosial təcrid uzun illər cəza tədbirlərindən biri idi.
Alimlər seriya araşdırma məlumatlarını təhlil ediblər. Onlardan birində 300 min könüllü iştirak edib. Sağlamlığın qiymətləndirilməsi və sorğu göstərib ki, sosial əlaqələr vaxtsız ölüm riskini yarıbayarı azaldır.
3,4 milyon insanı əhatə edən daha bir beynəlxalüq elmi təcrübə bu nəticəni çıxarmağa imkan verib: tənhalıq ölümü ürək-damar xəstəliyi və kökəlmədən daha da tezləşdirir.
Psixoterapevtlər izah ediblər ki, araşdırmanın nəticələri məktəblərdə və tibb müəssisələrində qarşılıqlı fəaliyyət üçün sosial proqramın əsas hissəsi olacaq.