Sərxoş həkimlərin videosu çəkildi

Çelyabinsk vilayətinin Yuxarı Ufaleya şəhər xəstəxanasının həkimləri iş yerində sərxoş vəziyyətdə çəkiliblər. Videonu yerli sakin çəkib və sürətlə sosial şəbəkədə yayılıb.

 

Medpress.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yerli sakin deyib ki, anası bu xəstəxanaya düşüb. Qız dəhlizdə həkimlərdən birinə yaxınlaşaraq soruşur: “Bilmək olarmı, siz içkilisiniz? Sadəcə, sizin reanimasiyadan sərxoş adam çıxdı. Və yad oğlan reanimasiya şöbəsinə daxil daxil olmaq istədi”.

 

Həkim cavabında deyir ki, xəstəxanaya gələnləri çaşdıran gənc adamlar müəssisənin əməkdaşlarıdır. Bir qədər fasilədən sonra qadın söyləyir ki, o, növbədə deyil və sadəcə həmkarları ilə bayramı qeyd etməyə gəlib.

 

“Bu gün bizim növbəmiz deyil. Biz, sadəcə qeyd etməyə gəlmişik”, – xəstəxananın əməkdaşı söyləyib. “Niyə başqa bir qadın reanimasiyadan çıxdı” sualına tibb işçisi cavabında onun ayaqyoluna getdiyini deyib.

 

 

Sosial şəbəkə istifadəçiləri isə öz şərhlərində iddia edirlər ki, məhz həmin həkim martın 8-də növbədə olub.

 

 

(Visited 185 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir