Seksdən imtina qadınları öldürür – XƏBƏRDARLIQ

Seksdən imtina qadın orqanizmi üçün ən ciddi nəticələrə gətirib çıxara bilər. Seks-terapevtlər bu maraqlı “idmanla” mütəmadi məşğul olmağı tövsiyə edirlər.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, qadınların mütəmadi seksdən özlərini məhrum etməməsinin səbəbləri çoxdur. Birincisi,  ehtiras – cinsi istək yox olur. Uzun müddət nəfsini saxlamağın daxili həvəsi artırması ilə bağlı mifə inanmaq lazım deyil. Əslində hər şey belə deyil: bu mifə inanan qadınların süstlüyü artır, daha az seks istəyir. Lazımı arzu dərəcəsini daimi təcrübə ilə dəstəkləmək lazımdır.

 

Xanımların aylıq seksdən imtinası daha  pis olur. Yaxşı seks aybaşı dövrünü azalda bilər, seks-terapevt Seri Kuper də bunu təsdiqləyir.

 

Sən demə, cinsi həyatın uzun fasiləsi menopauzanı yaxınlaşdırır, çünki uşaqlıq divarları zəif olur. Şimali Amerika menopauza cəmiyyəti (sən demə, belə təşkilat da var) xəbərdarlıq edir: mütəmadi seks yaş xüsusiyyətlərinin meydana çıxmasını əngəlləyir. Bundan əlavə, intim həyatda böyük fasilələr təbii sürtülməni çətinləşdirir.

 

İntim həyatdan imtina etməmənizi şərtləndirən daha iki səbəb var. Doğrudur, bu nəzəriyyənin birbaşa sübutu yoxdur. Bununla belə, hesab edilir ki, intim münasibətdən imtina intellektual qabiliyyətin aşağı düşməsinə gətirib çıxarır. İntim münasibətdən kənarda qalan qadın isə gərginliklərə daha çox meyllidir, yeri gəlmişkən, bu çoxdan qeydə alınıb.

 

Bundan əvvəl xəbər verilib ki, alimlər qadının mütəmadi cinsi əlaqəsi və onun gözəlliyi arasında birbaşa əlaqə olduğunu müəyyənləşdiriblər. Şəxsi həyatlarında problem yaşamayan gözəl cinsin nümayəndələrinin təmiz və hamar dərisi, həyata daha yeni baxışı və daha bir neçə az əhəmiyyət kəsb etməyən əlamətləri olur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir