Şəkərin bədəninizə verdiyi 7 dəhşətli zərər

Şəkər çox insanın əvəzolunmazı olsa da, zərərlərini istisna etmək mümkün deyil. Son zamanlar istifadəsi sürətlə artan şəkərin bədənimizə verdiyi zərər təəccübləndirir.

 

Medpress.az xarici mətbuata istinadla şəkərin bədənimizə verdiyi zərərləri təqdim edir.

 

Ömrü qısaldır

 

Şəkərli yeməklər yemək ani olaraq sizə kef verə bilər, ancaq uzun perspektivdə baxanda bunun zəhərdən bir fərqi yoxdur. Kaliforniyanın San Fransisko Universitetində aparılan bir tədqiqatda gündəlik olaraq 500 qram turşulu içki istehlak etmənin siqaret istifadəsilə eyni təsirləri yaratdığı ortaya qoyulub. Hüceyrələrin qocalmasına səbəb olan şəkərin insan ömrünü azaltdığı söylənilir. Eynilə siqaretdə olduğu kimi 4,6 il hüceyrə qocalmasına bərabərdir.

 

İnsulini yüksəldir

 

Qan şəkərini tənzimləyən insulin səviyyəsini artırır. Elm insanı Vasanti Milk, “Bədən, qazlı içkilərdəki şəkəri çox sürətli əmir, bu da lan şəkəri və insulində sürətlə artıma səbəb olur” deyir. Zaman keçdikcə bu insulin müqavimətinə yol aça və insanın metabolik sağlamlığına mənfi təsir edə bilər. Qan şəkəri dəyərləri pozulduqda aclıq və bərabərində gərginlik başlayır. Gələcək mərhələlərdə huşumuzu itirmək də labüddür.

 

Kökəlməyə səbəb olur

 

Çox miqdarda və müntəzəm olaraq şəkər istifadə etmək, qaraciyərdə fruktozun yağ toplanmasına səbəb olur. Nəticəsdə kilo artımı verilməsi labüddür. Nizamlı şəkər istifadə edilməsi xüsusilə bel ətrafının yağlanmasına səbəb olur.

 

Təzyiq və ürək xəstəliyi riskini artırır

 

Sağlam ürək istəyirsinizsə, şəkəri həyatınızdan çıxarın. Həkim Saltzman, “Yüksək miqdarda şəkər qəbulu, çox aşağı sıxlıqlı lipoprotein (VLDL) olaraq adlandırılan, ürək-damar xəstəlik riski ilə əlaqəli olan bir növ qan karbohidratı bir artımla əlaqələndirilib” deyir. LDL və trigliseridlerin qalxmalarına səbəb olan şəkər, damar tutulmasına yol açır. Bu da ürək böhranına sürükləyə bilər.

 

İmmunitet sistemini çökdürür

 

Leykosit hüceyrələri, şəkərdən mənfi şəkildə təsirlənir. Şəkər istifadə edəndən təxminən 2 saat sonra leykositlər virusları parçalamaq qabiliyyətinin yarısını itirir. Bu da birbaşa olaraq immunitet sistemini zəiflədir. Eyni zamanda, yüksək şəkər istifadəsi C vitaminini bədəndə istifadəyə yararsız hala gətirir.

 

Depressiyaya səbəb olur

 

Aparılan elmi tədqiqatlar nəticəsində şəkərin xüsusilə yetkinlik dövründə depressiya və narahatlığa səbəb olduğu ortaya çıxıb. Tədqiqatçıların fikrincə, fruktozun artıq istehlakı beyini dəyişdirir və bu da davranışlarda mənfi bir şəkildə əks olunur. Çox fruktoza istehlakı stress hormonu azalmasımı artırır və narahatlıq əlamətlərini ortaya qoyur.

 

Dişlərin sürətli şəkildə çürüməsinə səbəb olur

 

Ağzımızdakı bəzi bakteriyalar şəkər ilə qidalanaraq çoxalırlar. Şəkər sərf edib bir də müntəzəm olaraq diş yumursunuzsa,  şəkər ağız içində turşuya çevrilir və bu da diş minerallarını həll edir. Bunun nəticəsində çürüklər əmələ gəlir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir