Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yanında İctimai şuraya seçkilərin təşkili üzrə seçki komissiyasının yaradılmasına dair əmr imzalayıb.
Medpress.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əmrdə komissiyanın tərkibi təsdiqlənib.
Sənəddə, Seçki Komissiyasına İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatının “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsi, İctimai şuranın say həddinin müəyyən edilməsi kimi tapşırıqlar verilib.