İnsanın yaşını gözlərindən müəyyən edəcəklər

Moskva Dövlət Universitetinin alimlər qrupu HautAI Ou texnoloji startapı ilə birgə insanın gözlərindən yaşını müyyənləşdirəcək “PhotoAgeClock” süni intellektini yaradıb.

 

Medpress.az xəbər verir ki, nəticələri “Aqinq” jurnalında dərc edilən araşdırmanın müəlliflərinin sözlərinə görə, neyroşəbəkə gözlərin ətrafındakı bölgəni təhlil edəcək. O, insanın yaşını, xüsusən digər amillərin də təsir göstərdiyi həyat tərzini xarici görünüşdən daha yaxşı əks etdirir. Areal isə insan yaşını daha dəqiq müəyyənləşdirir.

 

“PhotoAgeClock” fotolardan 8414 insanı öyrənib. Sonra onun imkanlarını digər şəkillərdə yoxlayıblar. Süni intellekt 2,3 ilə qədər dəqiqliklə insanların yaşını müəyyən edib.

 

Bundan əvvəl İsraildə hazırlanan neyroşəbəkə insanın intellektinin formasını beyinin ölçüsünə görə müəyyənləşdirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir