Səhiyyə Nazirliyindən bu dərmanla bağlı AÇIQLAMA

Səhiyyə NAzirliyi bir çox sosial şəbəkədə, o cümlədən “Whatsapp”da əhalinin istifadə etdiyi dərman preparatı haqda yayılan məlumatlara münasibət bildirib. Medpress.az nazirliyin mətbuat xidmətinə istinadla bildirir ki, yayılan şəkildə bu dərmanın insan orqanizmi üçün zərərli olduğu, hətta ölümə səbəb ola biləcəyi göstərilib.

 

 

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin məsələyə aydınlıq gətirdiyi bildirilir: “Azərbaycanda İsrail istehsalı olan “Paracetamol 500” qeydiyyata alınmayıb və idxal olunmayıb. İdxal olunan paracetamol tərkibli (Paracetamol 500 mg) dərman vasitələri bunlardır: “Paracetomol Sofarma” – “Sofarma” SC, Bolqarıstan (tablet), “Parasetamol – Tatximfarmpreparati” ASC, Rusiya Federasiyası (tablet), “Parasetomol – Farmstandart-Leksredstva” ASC, Rusiya Federasiyası (tablet), “Efferalqan” – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), “Panadol – QlaksoSmitKlayn Konsyumer Xelzkeya”, Böyük Britaniya (örtüklü tablet)”.

 

Nazirliyin məlumatında qeyd olunub ki, son günlərdə sosial şəbəkə vasitəsi ilə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir: “Bu səpkili məlumatlar bir necə ildir ki, müxtəlif dövlətlərdə, o cümlədən, Rusiya, Qazaxıstan, Gürcüstan, Azərbaycanda və digərlərində  yayılır.

 

Mütəmadi olaraq oxşar mətnli xəbərlərin yayılması (xüsusilə qış aylarında ) əhali arasında təşviş və gərginliyə səbəb olur. Qeyd etmək istərdik ki, Analitik Ekspertiza Mərkəzinə bu preparatla əlaqəli hər hansı bir şikayət daxil olmayıb”.

 

(Visited 68 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir