Sağlam yuxu necə olmalıdır?

Sağlam yuxu ilə ömrün müddətini, dərinin cavanlığını və çəkinin qaydasında olmasını nəzarətə almaq olar. Yetərli yuxu bədəndə maddələr mübadiləsinin tənzimlənməsində, əzələlər, qaraciyər və dəridən artıq maddələrin və toksinlərin zərərsizləşdirilməsində birbaşa rol oynayır. Medpress.az xarici tibb saytlarına istinadən yuxunun digər faydaları barədə məlumat verir.

 

Yuxu zamanı həzm sistemi istirahət edir və əsəb sistemində də yuxu halında bir sıra dəyişikliklər olur ki, bu sistemin yenilənməsi və güclənməsi üçün zəruridir. Yuxudan sonra üz dərisi təravətlənir. Ruh halı sakitləşir və insan iki qat enerji ilə öz fəaliyyətlərinə başlaya bilər.

 

Yuxunun azlığı və ya dərin yuxunun olmaması hormonların ifrazında qarışıqlıq yaradaır, üz dərisində tündlük və qırışların yaranmasına səbəb olur. Həkimlərin dediyinə görə, yaxşı yuxu gözəllik gətirir.

 

Əksər insanların yuxu barədə şikayətləndiyi çətinlik, yatmaq və oyanmaqlarının normal bir dövrünün olmamasıdır. Lakin yuxu azlığı, xoruldama və kabus kimi problemlər də vardır ki, yuxunun keyfiyyətini azaldır, sağlamlığa və əhvala təsir göstərir.
Az yuxu qərarsızlıq, konsentrasiyanın azalması, yorğunluq və qıcıqlanmaya səbəb olur. Bundan əlavə xarici stimullara cavab verməyin, ətraf mühitlə həmahənglig qüdrətinin və həmçinin məlumatları yadda saxlamaq gücünün azalmasına səbəb olur.

 

Yuxu üçün ən münasib zaman nə vaxtdır?

 

Sübut olub ki, yuxu gecə vaxtı səhərə nisbətən daha keyfiyyətli olur. Normal yuxunun vaxtı 6 saatdan az və 9 saatdan çox olmamalıdır. əks halda ciddi nəzarətə almaq lazımdır. Məsləhət olunur ki, yuxu gecə və qaranlıq saatlara salınsın. Həmçinin səhərə qədər oyaq qalıb daha sonra gecə əvəzinə səhər yatmaqdan imtina edilməlidir.

 

Diqqət yetirilməsi gərəkən məqamlar

 

Gecə yatarkən üz dərisinin gün ərzində ətarf mühitin çirklərindən və makiyajdan təmizlənməsinə diqqət yetirmək lazımdır. Göz ətrafında xəttlərin və tündlüyün azalması üçün yatmadan yarım saat öncə yaş həddinə uyğun olaraq göz ətrafı kremlərdən istifadə olunmalıdır.

 

Sağlam yuxu nədir?

 

Əksər insanların yuxu barədə şikayətləndiyi çətinlik, yatmaq və oyanmaqlarının normal bir dövrünün olmamasıdır. Lakin yuxu azlığı, xoruldama və kabus kimi problemlər də vardır ki, yuxunun keyfiyyətini azaldır, sağlamlığa və əhvala təsir göstərir.

 

Az yuxu qərarsızlıq, konsentrasiyanın azalması, yorğunluq və qıcıqlanmaya səbəb olur. Bundan əlavə xarici stimullara cavab verməyin, ətraf mühitlə həmahənglig qüdrətinin və həmçinin məlumatları yadda saxlamaq gücünün azalmasına səbəb olur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir