Saçınızın gözəlliyi və sağlamlığı üçün efir yağları

Qiymətli bitkilərin qiymətli şirəsi olan efir yağları sizin saçlarınızın vəziyyətini yaxşılaşdırmağa qadirdir. Onlar həmişə keyfiyyətli kosmetikanın tərkibinə əlavə olunur.  Həftədə heç olmasa bir dəfə efir yağı əlavə olunan maskanı müalicə və profilaktia kimi, yaxud 1-2 damçı şampuna əlavə etmək tövsiyə olunur.

 

Medpress.az xarici mediaya istinadla bildirir ki, hər efir yağının özünün tətbiq sahəsi var. Məsələn, əgər dəri həddindən çox yağlıdırsa, köməyə çay ağacı, limon, nanə, zəncəfil, gerani və adaçayının efir yağı gələcək.

 

Əgər həddindən artıq quru saçınıza görə narahatsınızsa, onda  çobanyastığı, ilanq-ilanq, portağal, lavanda və ya sandal yağından istifadə edin.

 

Saç kökünü möhkəmləndirmək və saç artımını sürətləndirməyə çay ağacı, ilanq-ilanq, rozmarin, sidr, sərv, cəhrayı ağac və nanə efir yağı yardımçı olacaq.

 

Kəpəyə qarşı mübarizədə nanə, reyhan, lavanda, melissa, evkalipt və qreypfrutdan istifadə edin.

 

 

(Visited 173 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir