Qeyri-kafi qidalanma orqanizminizdə bəzi siqnallar verə bilər. Bu siqnallardan biri də saç tökülməsidir. Qidalanma proqramınıza saçınızın sağlamlığını artıran bəzi qidalar əlavə etməyinizdə fayda var. Bəs, bu qidalar hansılardır?
Medpress.az xarici mediaya istinadən saç tökülməsini mane olan qidaları təqdim edir.
İspanaq
Yaşıl tərəvəzlərin arasında ən sağlamı kimi tanınan ispanaq, saç tökülməsinin qarşısını alır və zəif saçları yenidən möhkəmlədir. Sağlam saç böyüməsini dəstəkləmək üçün lazım olan dəmir, beta-karoten və C vitaminini təmin edir. Əlavə olaraq, saç köklərini gücləndirən və lifləri güclü və parlaq saxlamağa yardımçı olan az miqdarda amin turşusu də daxildir.
Yaşıl mərci
Yaşıl mərci saçlarınız üçün uyğun olan biotin və proteini təmin edir. Saç tökülməsini dayandırmaq ilə qalmaz, eyni zamanda zəifləməsinin və qırılmasının da qarşısını alır.
Yağlı balıq
Alabalıq, ton balığı və digər yağlı balıq növləri, Omega 3 yağ turşuları və saç sağlamlığını artıran yüksək dəyərli zülallardan ibarətdir. Xüsusilə həftədə ən azı iki dəfə balıq yesəniz, saç dərisindəki təbii yağların itməsinin qarşısını alır və saçlarınızın sağlam böyüməsini təmin edər. Bəzi növlərində saç tökülməsinin nəzarət altına alınmasında mühüm komponent olan selen olur. Yağlı balıqlara həmçinin sərbəst radikallarla döyüşən və köklərin zəifləməsini azaldan antioksidantlar daxildir.
Yulaf
Yulafın içərisində olan çox B vitamini və minerallar sayəsində, saç liflərini gücləndirir və saç tökülməsinə qarşı döyüşür. Bundan başqa, yulafdakı amin turşuları saç köklərini gücləndirir, güclü və sağlam saçların böyüməsini artırır.
Balqabaq
Toksinlərin və günəşin səbəb olduğu ziyanı azaldan, antioksidant bir qida mənbəyi olan E vitamini məzmunu səbəbilə bal balqabağı saçlarınız üçün ideal bir qida qaynağıdır. Bu vitamin, saç kökləri tərəfindən udulur və yeni saçların uzanmasını artırır. Bundan başqa, piy vəzilərinin keçirilməsi, quru və saç tökülməsinin qarşısının alınmasına də yardımçı olan C vitamini və yağ turşuları ilə də ön plana çıxır.
Yumurta
Yumurta, yüksək dəyərli zülallar, daha güclü, daha parlaq saç liflərinin əmələ gəlməsini dəstəkləyir. Bundan başqa, saçların sağlam böyüməsində mühüm rol oynayan çox miqdarda B vitamini kompleksi də daxildir.