Xilasedicilər Maqnitoqorskdakı yaşayış binasının dağıntıları altından ana və iki uşağının meyitini çıxarıblar. Bundan əlavə, qadın və kişinin qalıqları da tapılıb. Beləliklə, partlayışda ölənlərin sayı 37-yə çatıb.
Medpress.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bu dəhşətli partlayış nəticəsində ölən uşaqların sayı 6 olub.
Xilasedicilər yanvarın 1-də dağıntılar altında 10 aylıq oğlan uşağını sağ aşkar ediblər. Körpəni elə həmin gün ağır vəziyyətdə Moskvaya aparıblar.
Maqnitoqorskdakı yaşayış evində partlayış dekabrın 31-də səhər saatlarında baş verib. Əsas versiyaya görə, partlayışa məişət qazının sızması səbəb olub.