Son illər ölkəmizdə rinoplastika əməliyyatı etdirən qadınların sayı kəskin artıb. Medpress.az-ın xəbərinə görə, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Lor Şöbəsinin müdiri Murad Şıxəliyev AZƏRTAC-a bildirib ki, burun tənəffüsü problemi ilə müraciət edən qadınların əksəriyyəti əməliyyat zamanı həm də burunun xarici görünüşünün dəyişdirilməsini- yəni rinoplastikanı arzulayır.
Həkim bunun səbəbini müasir qadınların xarici görünüşlərinə önəm vermələri və rinoplastika sahəsindəki mütəxəssislərin sayının artması ilə əlaqələndirir.