Qrip daha bir nəfəri öldürdü – GÜRCÜSTANDA

Gürcüstanın Qori şəhərində 39 yaşlı qadın qrip virusundan ölüb.

 

Medpress.az-ın Gürcüstan mediasına istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan qadın yanvarın 2-də gecə qrip əlamətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib.

 

İlkin versiyaya görə, qadının ölümünə virusun ağır formasına yoluxması səbəb olub.

 

Gürcüstanda dekabr ayında H1N1 virusundan (“donuz qripi”) iki nəfər ölüb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir