Həkimlər Çinin Tztansi əyalətinin, Nançan şəhərində yaşayan 17 yaşlı qızın qulağından canlı tarakan çıxarıblar. Adı açıqlanmayan qız yuxuya getdikdən sonra qulağındakı xoşagəlməz hisslərlə bağlı müraciət edib. Baxış zamanı orada kiçik bir həşərat aşkar ediblər.
Medpress.az xarici mətbuata istinadla xəbər verir ki, həkimlər yubanmadan onu çıxaranda tarakan olduğuna təəccübləniblər. Həkimlərin fikrincə, tarakan qızın qulağına yemək axtarışı üçün girib.
Onların sözlərinə görə, təkcə tarakanlar deyil, həm də hörümçəklər və ya ağcaqanadlar belə edirlər. Hesab olunur ki, bu həşəratlar kiçik, isti və nəm yerlər axtarırlar. Bundan əlavə, onları qulaqdan gələn qoxu cəlb edir.
Həkimlərin sözlərinə görə, əgər insanın qulağına hansısa həşərat girirsə, onu özbaşına çıxarmağa cəhd etmək yox, ən yaxşısı həkimə müraciət etməkdir.